"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Bu gün bələdiyyələrin maaş vermək imkanı yoxdur” - Siyavuş Novruzov

--2020-04-24 / 12:47

"Bələdiyyələr maaşlarının verilməsinə görə dövlət büdcəsindən maliyyələşmirlər. Bununla bağlı biz Nazirlər Kabineti yanında Operativ Qərargaha da müraciət edəcəyik".

 Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, bələdiyyələrə dövlət tərəfindən dotasiyalar verilir:

 “Bu gün bələdiyyələrin maaş vermək imkanı yoxdur. Ona görə həmin insanların maaşlarının verilməsi ilə bağlı müraciət edəcəyik”.

 Deputat Kamran Bayramov isə 9 minə qədər bələdiyyə işçisinin və qulluqçusunun maaşlarının bir hissəsinin dövlət tərəfindən verilməsini təklif edib.

https://modern.az/az/news/236654

ŞƏRHLƏR